turklehceleri.org

damaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

damaq

I. is.
1. Ağız boşluğunun üst tərəfi. • Damaq səsi dilç. – tələffüz edərkən dilin damağa toxunması nəticəsində çıxan səs. Damaq saitləri.
2. Ağız mənasında. Usta papirosu damağına salıb başladı işini. C.Məmmədquluzadə. Qüdrət iri barmaqları arasındakı papirosu sakit-sakit övkələyib damağına qoydu. M.Hüseyn.
3. bayt. At və eşşəkdə damaq şişmə xəstəliyi; kəsmə. Tez-tez tövləyə adam buraxma ki, at damaq olar. Ə.Vəliyev.

II. is. [ər. dimaq – beyin] dan. Kef, əhval, həvəs. Damağı yoxdur. ‣ Damağı çağ – bax damağı kök. Əhmədin kefi saz, damağı çağdır. Mir Cəlal. Dedim: – Cütçü baba, sağ ol, çox sağ ol! Daima kefi kök, damağı çağ ol! S.Vurğun. Yamaclar gülür bu yaz; Damağın çağ, kefin saz. O.Sarıvəlli. Damağı çağ olmaq – kefi kök olmaq, çox şad olmaq. Damağı çatlamaq – nəşəyə gəlmək, ruhlanmaq, ruhu yüksəlmək. Damağı çəkmək – ürəyi istəmək, kefi istəmək, kefinə gəlmək. Bu gün damağım çəkdi, aldım, sabah kefim istədi, boşadım, – vəssalam! C.Məmmədquluzadə. Damağı gəlmək – həvəsə gəlmək, həvəslənmək. Siz bunu sanmayın həqiqətdir; Damağım gəldi, bir zərafətdir. M.Ə.Sabir. Damağı kök – kefi kök, kefi saz, şad, qayğısız. Damağı qalxmaq – kefi kök olmaq, nəşələnmək, sevinmək, həvəsə gəlmək. Damağı pozulmaq – kefi xarab olmaq, əhvalı pozulmaq, qanı qaralmaq. Damağı sazlaşmaq – kefi açılmaq, könlü açılmaq. [Onun] bulud kimi tutulmuş qaşqabağı açıldı, gözləri gülüb damağı sazlaşdı. “Kirpi”. Damağı yanmaq – arzusuna çatmamaq, məyus olmaq. Damağına dəymək – toxunmaq, ürəyini sındırmaq, küsdürmək, pərt etmək, incik salmaq. Damağını pozmaq – kefini xarab etmək, əhvalını pozmaq. Damağını sallamaq – küsmək, pərt olmaq, narazı qalmaq. Bütün qonaqlar damaqlarını salladılar. Ə.Vəliyev. Damaq qoymaq (etmək) – nəşəsini pozmaq, arzusunu (həsrətini) ürəyində qoymaq. Qovurmanın iyi Yəhya Kamalı damaq etmişdi. Mir Cəlal. Damaq sallamaq – bikef olmaq, əhvalı olmamaq, dilxor olmaq; küsmək, incimək. Damağını niyə sallayırsan? Barmağından üzüyünü, başından yaylığını aparmayıb ki?! S.Rəhimov. Damaq üstə (damaqda) olmaq – kefdə olmaq, kef çəkmək, xoş güzəran keçirmək. [Şahbaz bəy:] Arvad al, qoy evdə evdarlıq etsin, sən də kefdə, damaqda ol. S.S.Axundov. [Səkinə qarı:] Həmişə damaqda olasan, ay Züleyxa! M.İbrahimov. Damaq vermək – ləzzət vermək, nəşə vermək, kef vermək, nəşələndirmək. Damaqdan düşmək – ruhdan düşmək, kefi pozulmaq, pərt olmaq. Damaqdan salmaq – pərt etmək, kefini pozmaq, ruhdan salmaq, qanını qaraltmaq. [Qərib:] Mən gedirdim, dostum çıxdı qabaqdan; Acı sözün salmaz məni damaqdan. “Aşıq Qərib”.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

damaq

kəf, əhval, həvəs
{keyif, hâl, heves}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

damaq

damak


Son arananlar: