cırmaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
cırmaq
I. f.
1. Kağız, parça kimi şeyləri qıraqlarından dartaraq parça-parça, doğramdoğram etmək. [Banıxanım:] Oğul, bu nə gündür düşübsən, sənin üst-başını kim cırmışdır? “Aşıq Qərib”. Gəray deyilən sözü eşitmir, verilən dərsi əzbərləmir, fərşlərin üstündə yumbalanır, dəftər-kitabını cırır, əl-ayaq altına atırdı. S.Rəhimov. Külək [Dürrənin] getməsinə mane olub paltarını sanki cırmaq istəyirdi.. S.Vəliyev.
2. Cırmaqlamaq. Üzünü cırmaq.
3. məc. dan. Gizlicə qaçmaq, götürülmək. Qonaqlar ev sahibi ilə.. gülüşdükdə uşaq börkünü başına qoyub, yavaşca otaqdan “cırdı”. Çəmənzəminli. [Yəhya Kamal Dilənə:] [Kişi] bir günün içində hökuməti kəndə tökdü. Mən gecə bağların içindən cırdım. Mir Cəlal.
II. bax caynaq.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
cırmaq
I. yırtmaq, dağıtmaq, parçalamaq, üzmək, qoparmaq
{yırtmak, dağıtmak, parçalamak, üzmek, koparmak}
II. caynaq, dırnaq
{cırnak, tırnak}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
cırmaq
yırtmak