calamaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
calamaq
f.
1. Calaq etmək, calaqlamaq. Yaz başı cır ağacları calamaq. – [Qoca:] Bu beş qanad, beş çubuq idi. Özüm kəsib gətirdim, caladım. S.Rəhimov.
2. Bir-birilə bağlamaq, rəbt etmək, qoşmaq, yapışdırmaq. [Hatəm xan ağa:] Dörd ağacı bir-birinə calayıb, adını kürsi qoyub, Məhərrəm bəyin qırğısıtək üstünə qonub. Ə.Haqverdiyev. Dörd-beş çadırı bir-birinə calayıb, həyətdə meydan kimi mağar qurmuşdular. B.Bayramov. // Məc. mənada. Allah onun ömründən kəssin, calasın sizin kimi dostların ömrünə. “Mol. Nəsr.”. [Səlim bəy:] Heç keçən günlərdən danışma. Keçən günə gün çatmaz, calasan günü-günə. Qədim vaxt murov vədimdə görürdün ətraf bəyləri cəm olub ov binası qoyublar. Ə.Haqverdiyev.
3. məc. Qatmaq, qarışdırmaq, qoşmaq, bağlamaq. Xahiş edirəm bu işə məni calama. – Bu yamandır ki, eşitməzkən adın; Məni sən gör kimə qoşdun, caladın? M.Müşfiq. [Dostum:] Eşitmişəm otaq axtarırsan, gəl səni bir xeyirli yerə calayım. Mir Cəlal.
4. Bir işin arasıkəsilməzliyini, ara vermədiyini bildirir. • Papirosu papirosa calamaq – ara vermədən, dalbadal papiros çəkmək. Axşam saat doqquzda Ağabala.. dayanıb papirosu papirosa calayırdı. Mir Cəlal. Sözü sözə calamaq – ara vermədən danışmaq, bir nəfəsə danışmaq. Yoldan qayıdan, yola gələn adam ümumun fikrini məşğul edən Rüxsarə barəsində sözü sözə calayır, artırır, əskildir və yaradırdı. S.Rəhimov.
5. Tökmək (maye şey haqqında). Elə gün olurdu ki, ətraf kənddən gələn südü alan olmurdu. Sənin canın üçün, dəxi geri aparmaq istəmirdilər, südü yerə calayırdılar. C.Məmmədquluzadə. Tahirin üstünə elə bil qaynar su calamışdılar. M.Hüseyn.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
calamaq
I. peyvendlemek
{yazmak}
II. aşılamaq
{aşılamak}
III. tikmək, qurmaq
{dikmek, kurmak}
IV. bağlamaq, qoşmaq
{bağlamak, koşmak}
V. tökmək, axıtmaq
{dökmek, akıtmak}
VI. dağıtmaq, yaymaq
{dağıtmak, yaymak}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
calamaq
bağlamak, birleştirmek, ilmek