bəyan
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
bəyan
is. [ər.]
1. Anlatma, izah etmə, şərh etmə, aydın və açıq söyləmə; izah, şərh, ifadə. Həkimin bəyanına görə, taxıl çöplərini qırıb yerə tökən həmin bu qurd imiş. C.Məmmədquluzadə. Görmüşəm çox gözəl-gözəl şeylər; Söyləsəm gər, bəyanı tul çəkər. A.Səhhət. Bir aləmdir o, təsvirə, bəyana sığmaz; Şerin qurub yaratdığı cahana sığmaz. R.Rza. • Bəyan etmək (qılmaq) – söyləmək, bildirmək, izah etmək, anlatmaq. Eşqin mərəzinə bən də təbibəm; Bəyan elə bana əhvalın sənin. Aşıq Pəri. Sədrəddin bəy prokurorun hücrəsində bir saat çağı qalıb əhvalatı bəyan edirdi. S.M.Qənizadə. Cütçü dedi: – “Bircə mənə qıl bəyan; Sərçə veribdirmi sənə bir ziyan?” A.Səhhət. “Leyli-Məcnun” hekayəsinin səbəbi nəzmini bəyan qıldığı saqinamədə Füzuli deyir: bu “bir bəzmi-müsibəti-bəladır ki, onun əvvəli qəm, sonu bəladır”. F.Köçərli. Bəyanə gəlmək – dilə gəlmək, danışmağa başlamaq.
2. ədəb. köhn. Poetikanın təşbeh istiarə, məcaz və kinayə kimi qisimlərindən bəhs edən hissəsi.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
bəyan
anlatma, izah, şərh
{anlatma, açıklama, şerh}
Son arananlar:
- sarmaşıq,
- osug,
- hastalık,
- aşk,
- acralışmak,
- letting,
- kültürfizik,
- burunsuz,
- nifak,
- sinirlemek,
- association,
- dryad,
- Ermek,
- erük,
- govur,
- and,
- tebretmek,
- MİS,
- Kelepçe,
- incompatible,
- dışlantı,
- bəyan