turklehceleri.org

bərəltmək

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

bərəltmək

gözlərini (gözünü) bərəltmək – 1) qorxudan, acıqdan, şiddətdən, təəccübdən, heyrətdən, çaşqınlıqdan gözlərini geniş açmaq, ağartmaq. Bənə hər qəzetçi bərəldir gözün; Yazır hey qəzetlərdə məktəb sözün. M.Ə.Sabir. Mustafa çığırır, həkim istəyir uşağa yavuqlaşa, uşaq gözlərini bərəldir və mıqqıldayıb istəyir qaça. C.Məmmədquluzadə. ..Nağıyev su qırağındakı otların arasına girən qurbağa kimi kiçik gözlərini həddindən artıq bərəldərək baxırdı. M.S.Ordubadi. Məryəm heyrətdən gözünü bərəldib, cavab üçün söz axtarırdı ki, Nadir ikinci bir sual verdi.. B.Talıblı; 2) məc. qorxutmaq, hədələmək; hiddətlənmək. Niyə bəs böylə bərəldirsən, o qare gözünü?! Yoxsa bu ayinədə əyri görürsən özünü? M.Ə.Sabir.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

bərəltmək

ağartmaq (göz)
{belertmek (göz)}


Son arananlar: