turklehceleri.org

bəniz

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

bəniz

is. Üz, çöhrə, sifət. [Toğrulun] qara və böyükcə gözləri ildırımlar çaxır, geniş və qırmızı bənizindən qəzəb alovları qarsırdı. H.Nəzərli. // Üzün rəngi. Bənizi solmaq. Bənizi qaçmaq. Bənizi ağ. – Zəfərantək bənizimi döndərdi ol birəhm yar; Düşməni xəndan edib, dostini giryan eylədi. Nəsimi. Bu sözləri dodağının altında deyə-deyə, ata .. uşağın azarlı və bənizi qaçmış üzünə baxırdı. M.F.Axundzadə. İdrisin bənizi solğun idi. Ə.Məmmədxanlı.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

bəniz

üz, çöhrə, sifət
{yüz, çehre, suret}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

bəniz

beniz, bet


Son arananlar: