şəbədə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
şəbədə
is. [ər.] Rişxənd, ələ salma, araya qoyma; hoqqabazlıq. [Knyaz:] Yapdığın şəbədələr gizli deyil. H.Cavid. • Şəbədə qoşmaq, şəbədəyə qoymaq – rişxənd eləmək, ələ salmaq, söz qoşmaq. [Hüseyn:] İndi mənim dalımca şəbədə qoşanlar, məni hoyduhoyduya götürənlər o zaman Hüseyn Xələfov adı gələndə ayağa durarlar. S.Rəhman.