turklehceleri.org

sikkə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

sikkə

is. [ər.]
1. Metal pul üzərinə vurulan damğa, naxış, yazı. Sikkə vurmaq. – Dəmirçioğlu bu dəfə pulları iki baş barmağının arasında sürtüb sikkələrini pozdu. “Koroğlu”.
2. Kəsilmiş, zərb olunmuş pul. Sikkə kəsmək. – Kasıb deyiliz, sikkeyi-pulu tanırız biz. M.Ə.Sabir. Tahirin əlinə İran sikkəsi düşəndə, dağıtmadan cibində saxlayırdı. S.Rəhimov. [Təbriz inqilabçıları] ..Azərbaycanı bir müstəqil ölkə kimi idarə etmək istəyirlər. Bu günsabah yəqin onlar adlarına sikkə də kəsdirəcəklər. P.Makulu.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

sikkə

akçe


Son arananlar: