birbəbir
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
birbəbir
bax bir-bir. Cövrlər kim eyləmişdin, birbəbir yad eyləyib; Şami-hicran könlümü bu növ ilə şad eylərəm. S.Ə.Şirvani. Qarovul malları xurcundan çıxardaraq, birbəbir təftiş edib yerə atdıqca, Əhmədin ürəyinə guya ki, zəhərli ox sancırdı. B.Talıblı. Ömrün əziz günləri birbəbir yada gəldi. S.Rüstəm.