turklehceleri.org

başdanbaşa

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

başdan-başa

zərf Bütünlüklə, tamamilə, hər yeri, hər tərəfi; bütöv, tamam, səlt. Ət deyil, başdan-başa yağdır. Onun dedikləri başdan-başa səhvdir. Şəhərə başdanbaşa asfalt döşənmişdir. Dəniz başdan-başa buzlarla örtülmüşdür. – Uşaqları tapıb, çiyələk, göbələk toplamağa, ya dərədə balıq tutmağa gedərdik. Bu dərə başdan-başa su qaynağı idi. A.Şaiq. Yaxşılıq insana bir sənət olsun; Dünya başdan-başa qoy cənnət olsun! S.Vurğun. O səhra ki başdan-başa tikandı, qumdu; Döndü sərin kölgə salan sərvliklərə. Ə.Cəmil. • Başdan-başa süzmək – hər tərəfini, hər yerini gözdən keçirmək, istehzalı və ya şübhəli nəzərlə başından-ayağına qədər baxmaq. Nəhayət, hacı gəldi. İçəri girincə əvvəlcə otağı bir quşbaxışı ilə başdan-başa süzdü. A.Şaiq.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

başdan-başa

bütünlüklə, tamamilə
{bütünlükle, tamamıyla}


Son arananlar: