turklehceleri.org

ariz

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

ariz

[ər.] köhn.
1. Zühur edən, ortaya çıxan, baş verən. Arizi-qəmlər əlindən ürəgim şişmiş idi; Zənn edirdim edəcəkdir ona çarə cigərim. M.Ə.Sabir. • Ariz olmaq – 1) ortaya çıxmaq, qarşıya çıxmaq, baş vermək. İndi burada bir sual ariz ola bilər. C.Məmmədquluzadə. Nə Səlimədə dul qalmış qadınlara məxsus yas, nə də Yəməndə yetim və himayəsiz qalmış çocuqlara ariz olan məlal yox idi. H.Nəzərli; 2) demək, xahiş etmək, ərz etmək. Şeyləri dallarına yükləyən hamballar gəlib bizə ariz oldular ki, biz düşək qabağa və bunlara yol göstərək. C.Məmmədquluzadə.
2. Ərizəçi, şikayətçi. Müşküldür arizə divandan mədəd. Q.Zakir. Hərə öz tələbatını ortalığa qoyub, hökumətə ariz olmuşdu. C.Məmmədquluzadə.
3. klas. Yanaq, üz (çox zaman tərkibdə işlənir). Can cilvələnir qaməti-mövzunu görəndə; Dil tazələnir arizi-dilcunu görəndə. Q.Zakir. Elə bil qövsi-qüzəhdir çəkilib çərx üzrə; Gör nə rəngin yaraşır arizi-gülnarə bu xətt. Nəbati. Qanadın altına qoyma başını; Tökmə gül arizinə göz yaşını. A.Səhhət. Meydənmi qızarmış onun arizi-ali; Ziynət verən ol baği-baharə nə dedin bəs? Ə.Vahid.


Son arananlar: