Səhv
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
səhv
is. [ər.] Yazıda, hesablamada, müəyyən məsələnin həllində, işdə və s.-də yanlışlıq; nöqsan, xata. İmla səhvi. Səhv hərəkət etmək. Səhv düşmək. – Demək, Nigar səhvini anlamış, başa düşmüşdür ki, ev kişisiz dolana bilməz. S.Hüseyn. Gəldiyev sinəsini irəli verdi, layihənin səhvini danışdı. Mir Cəlal. • Səhv etmək (eləmək, buraxmaq) – xataya, nöqsana yol vermək, yanılmaq, düzgün hərəkət etməmək. Birinci dəfə səhv etmək. Səhv buraxdığına görə töhmət aldı. – Aç qabağına tarixin səhifələrini və əgər gördün ki, bir vaxt insanlar bir para işlərdə səhv eləyiblər, dəxi sən haman səhvi eləmə. C.Məmmədquluzadə. [Süleyman:] ..Vallahi, çox böyük səhv eləmişəm, gərək bu qızı mən alaydım... Ü.Hacıbəyov.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
səhv
xata, yanlış, qələt, günah, yanılma
{hata, yanlış, suç, günah, yanılgı}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
səhv
falso, hata, sehiv, yanılgı, yanlış