çarvadar
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
çarvadar
is. [fars.] köhn. Yük heyvanı ilə muzdla yük daşımaqla məşğul olan adam. Bizim karvanımız beş çarvadar atından ibarət idi. S.Hüseyn. Çarvadar olduğu üçün Ciniş Əhmədin özü kimi atı da ən çətin yolu hər vaxt hər bir şəraitdə gecə də, gündüz də çox yaxşı gedə bilirdi. Ə.Əbülhəsən.