Qulluq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
qulluq
I. is.
1. Xidmət, iş, vəzifə. O, böyük qulluqdadır. – Qulam mətbəədə qulluğa düzəldi. Mir Cəlal. // İş yeri, iş. [Turab] qulluğa yorğun getdi. Qızarmış gözlərinin altı kölgəli idi. Tez-tez əsnəyirdi. M.Hüseyn. • Qulluq etmək – 1) xidmət etmək, bir idarədə və ya başqa yerdə işləmək, rəsmi vəzifədə olmaq. Bir azdan sonra Fərhad mühəndis vəzifəsində qulluğa girdi. C.Cabbarlı. Cavan vaxtlarımda mən İrəvanda naçalnik divanxanasında qulluq edirdim. Qulluğumun adı dilmanclıq idi. C.Məmmədquluzadə; 2) hərbi mükəlləfiyyəti yerinə yetirmək. Orduda qulluq etmək. Hərbi donanmada, aviasiyada qulluq etmək. Qulluğa durmaq (girmək) – 1) xidmətə girmək, işə girmək. Orada öz əhvalatını [Haşım] Hacı Məhəmmədə söyləyib, onun yanında qulluğa durdu. B.Talıblı; 2) baxmaq, xidmət etmək, qeydinə qalaraq kömək etmək. Xəstəyə qulluq etmək. Yaralıya qulluq etmək. O, qoca anasına yaxşı qulluq edir. – ..[Qaraca qızın yanında] yalnız Yasəmənin dostu Hüsniyə qalar, ona qulluq edər. S.S.Axundov. İskəndər səbir edib, yarım ilə qədər gözlədi. Canına qulluq eləyib əkinə-biçinə getdi. M.Hüseyn; // becərmək, baxmaq. Ağaclara qulluq etmək. Bağa yaxşı qulluq etmək; 3) məc. Bir şeyin xeyrinə, mənfəətinə işləmək, bir məqsədə xidmət etmək, uğrunda çalışmaq. Xalqa qulluq etmək. Vətənə qulluq etmək. İncəsənətə qulluq etmək. Elmə qulluq etmək. Qulluğunda durmaq (olmaq) – xidmət etməyə hazır olmaq, əmrinə hazır olmaq. Dəli Həsən onun qılıncının altından keçdi, ölənəcən ona qardaş olub, qulluğunda durmağa and içdi. “Koroğlu”.
2. Buyuruq, əmr, tapşırıq; xahiş, iş. Mənə aid qulluğunuz? – [Məstan bəy:] Qulluğunuz nədir? – deyə [Nadirdən] sordu. O, cavab verdi: – Bir qulluğum yoxdur. B.Talıblı. Buyurun, nə qulluğunuz var? – sizdən xahişim budur ki, gözünüz bu uşağın üstündə olsun. Mir Cəlal.
3. köhn. Hüzur. • Qulluğuna gətirmək (çağırmaq) köhn. – böyük bir adamın qabağına, hüzuruna, yanına gətirtmək (çağırtmaq). [Nadir şah] ..vilayətin böyük adamlarını, dövlət ərkanını və məmləkətin əyanlarını öz qulluğuna çağırdı. “Qarabağnamə”. [Dilmanc:] Qoy ərzin qalsın sonraya və bu saat get, oğlun Süleymanı gətir naçalnikin qulluğuna. C.Məmmədquluzadə.
II. is. köhn. Qul olmuş adamın halı; köləlik.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
qulluq
I. xidmət, iş, vəzifə
{hizmet, iş, vazife}
II. buyuruq, əmr, tapşırıq
{buyruk, emir, vazife}
III. hüzur
{huzur}
IV. köləlik
{kölelik}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
qulluq
hizmet, servis
Uygurca – Türkiye Türkçesi Sözlüğü (Kurban, 2016)
qulluq
I Kulluk, kölelik. Qulluqta tutmaq – Köle halinde tutmak.
II ünl. Teşekkürler. Qulluq bolsun – Teşekkürler.