turklehceleri.org

Qandal

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qandal

is. [əsli ər.]
1. Keçmişdə ağır cinayət işləmiş məhbusların əl və ayaqlarına keçirilən dəmir halqalı zəncir. [Çingiz:] Məgər Əlimərdanın Sibirdə əlləri, ayaqları qandalda sızıldamasına səbəb binamus Şahbaz bəy olmuşdur? S.S.Axundov. Zəncir və qandal cingiltisi kameradakı həyəcanı daha da gücləndirirdi. M.Hüseyn.
2. məc. Maneə, buxov mənasında.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

qandal

buxov, cidar, zəncir
{demir, engel, zincir}


Son arananlar: