Nəva
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
nəva
is. [fars.]
1. Avaz, ahəng, musiqi səsi. Qoy nəva ney tək edim ta nəfəsim var mənim. S.Ə.Şirvani. Heyfa ki, çıxmadı tarın sədası; Ucalmadı kamançanın nəvası. A.Səhhət.
2. İniltili səs. Ölümlərin pəncəsində hıçqıran; Məzlumların nəvasından yarandım. M.Müşfiq. [Xədicənin] səsində şikayət dolu bir nəva vardı. S.Rəhman.
3. mus. Azərbaycan klassik muğamlarından biri. 12 əsas muğam bunlar idi: üşşaq, nəva, busəlik, rast, əraq, isfahan, zirəfkənd, büzürk, zəngulə, rəhavi, hüseyni və hicaz. Ü.Hacıbəyov.