turklehceleri.org

Nağıl

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

nağıl

is. [ər. nəql] Adətən əfsanəvi, fantastik qüvvələrin iştirakı ilə cərəyan edən uydurma hadisələr və şəxslər haqqında hekayə, rəvayət (şifahi xalq yaradıcılığının bir növü). Azərbaycan nağılları. Sehirli nağıllar. – Şirin-şirin nənəm nağıllar deyir; Mənim yuxum qaçır, nənəm əsnəyir. A.Səhhət. Yusif əmi hər gecə bizə şirin-şirin nağıllar danışar, çox qəribə tapmacalar deyərdi. A.Şaiq. • Nağıl etmək (eləmək) – şifahi surətdə bildirmək, danışmaq. [İskəndər:] Ey mənim gözəl Nazlı bacım.. Mənim yanıma gəlmirsən ki, gəzdiyim şəhərlərdən sənə nağıl eləyim. C.Məmmədquluzadə. [Mehriban] dördbeş illik həyatını, son günədək başına gələn hadisələrin hamısını ona nağıl etdi. S.Hüseyn. Nağıl kimi – əslən olmayan, uydurma, xəyali bir şey haqqında. Yaxşı və dəbdəbəli toy qıza nağıl kimi maraqlı görünürdü. M.İbrahimov. ‣ Nağıl açmaq – bir hadisə, iş haqqında uzun-uzadı danışmaq. Min də nağıl aç, birin aldatmayır; Keçdi gecə, mətləbə əl çatmayır.. M.Ə.Sabir. [Kərim kişi:] Yaxşı, nağıl açma, de görüm nə istəyirsən? İ.Şıxlı.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

nağıl

halk hikâyesi, masal

Sahaca—İngilizce Sözlük (Straughn, 2006)

nağıl

a. calm, relaxed, leisurely; nağılıy- v. to relax, become leisurely; nağılıt- v. to make relax, make leisurely


Son arananlar: