Bəd
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
bəd
sif. [fars.]
1. Pis, xarab, yaman. Bəd xasiyyət. Bəd iş. – Oğul bəd övlad olsa; Öldürər dərd atanı. (Bayatı). Şairəm, çünki vəzifəm budur əşar yazım; ..Gördüyüm nikü bədi eyləyim izhar, yazım. M.Ə.Sabir. Bu minval ilə günahkar muzdur özünün bəd əməlindən peşman olub, istiğfar edə-edə yerindən qalxdı. S.M.Qənizadə. [Bəşir:] Məsləhətin bəd deyil, ağlıma yatır. S.S.Axundov. • Bəd gəlmək, bəd gətirmək – pis gətirmək, nəhs gətirmək, baş tutmamaq; uğursuzluğa uğramaq. İşi bəd gətirmək. – [Romanov hökumətinin istibdadı] elə bərk idi ki, dünyanın çalxalanmağa hazırlanan belə bir əsrində yenə qəzetəyə icazə vermək üçün o qədər istixarə elədi ki, bu istixarə axırda bəd gəldi. C.Məmmədquluzadə. Bəd nəzər – mövhumata inananların təsəvvürüncə, guya baxdığı adama və şeyə gözündəki mövhumi qüvvə ilə xətər yetirən pis göz. [Rüstəm:] Anan da evdə səndən yana bəd nəzərdən qorxur. S.Rəhimov. Bəd olmaz – pis olmaz, eybi yoxdur, yaxşı olar, ziyan etməz. [Odabaşı:] [Hacının] da halını görmək bəd olmaz. Ə.Haqverdiyev. [Koxa:] Üstündən bir çay olsa, heç bəd olmaz. S.Rəhimov. Bədinə danışmaq – pisliyinə danışmaq, qeybət etmək. // Çirkin, yaraşıqsız, yöndəmsiz. Oranqutanq çox bəd görünüşlü heyvandır.
2. Hirsli, sərt, qapağan, tutağan. Bu it çox bəd itdir. ‣ Bəd ayaqda – təhlükəli, xətərli vaxtda, qorxulu dəqiqədə, iş çətinə düşəndə. Baxdı, gördü Aslandır. Zənn eləmə itirdi; Bəd ayaqda tez özünü bu cəbhələr aslanı. M.Rahim. bəd... [fars.] Bəzi sözlərin əvvəlinə gətirildikdə mənfi mənada mürəkkəb sifət düzəldilir; məs.: bədrəng, bədsifət, bədheybət və s.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
bəd
hirsli, sərt, qapağan, tutağan
{hırslı, sert, kapan, tuzak}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
bəd
kötü
Son arananlar:
- şütümək,
- qarıxdırmaq,
- Məhəbbət,
- kişňemek,
- büktir,
- dalaşma,
- silə,
- dözülmə,
- sımbat,
- padishah,
- halələnmək,
- caper,
- istismarçı,
- tengpung,
- tolı,
- inal,
- Incomplete,
- çuburt,
- kelte,
- sinlemek,
- opportunist,
- Bəd