turklehceleri.org

Mərəkə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

mərəkə

is. [ər.]
1. Səs-küy, qışqırıqbağırıq, qalmaqal, hay-küy, qovğa, qiyamət. Mərəkə qopmaq. – Otağa böyük mərəkə düşür, qızlar başlayırlar ağlamağa. C.Məmmədquluzadə. Vay o gündən ki, bir arvad iş görəndə döşlük taxmaya, Gülsabah bunun üstündə yekə bir mərəkə düzəldir. Ə.Vəliyev. // Dava-dalaş, qovğa, həngamə. Mərəkədə başda duran; Meydanda igidlər yoran. “Koroğlu”. Ona binaən Yusif şahın həvaxahları şikəst tapıb hər kəs bir növ ilə başın mərəkədən qıraq çəkdi, canın qurtardı. M.F.Axundzadə. Harada arvad davası görsəm, hər halda lap vacib işimi qoyub gərək bu mərəkə və qovğanın axırına çatam. Qantəmir.
2. Məclis, yığıncaq. [Ruqiyyə:] ..Mərəkə yığıldı, bu da Aşıq Qəribdən, Koroğludan, Kərəm ilə Əslidən danışıb türkü söylədi. A.Divanbəyoğlu. Nə kəndliləri lağa qoyan baqqallar, nə dərviş mərəkəsi var. Mir Cəlal.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

mə’rəkə

hay-küy, səs-küy, qalmaqal, dava, qovga, cəncəl
{karmaşa, gürültü, debdebe, dava, kavga, şer}


Son arananlar: