turklehceleri.org

Müqavimət

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

müqavimət

is. [ər.]
1. Zorakı hərəkətə, zorakılığa qarşı durma; hücuma, təzyiqə, təsirə qarşı güc göstərmə. • Müqavimət göstərmək – qüvvəyə qarşı dayanmaq, əks-təsir göstərmək, qarşı durmaq. [Polismeyster:] [Mədəndə işləyənlər] müqavimət göstərirlər, general həzrətləri! C.Cabbarlı. Əhali yerindən qalxaraq müqavimət göstərməyə başladı. P.Makulu. Müqaviməti sındırmaq (qırmaq) – qarşıya çıxan qüvvəni rəf etmək, kənar etmək, gücə üstün gəlmək. Düşmənin müqavimətini sındırmaq. – [Səlim] qarlı küləyin müqavimətini qıra-qıra qapını açdı, nazik paltarda, başıaçıq halda eyvana çıxdı. B.Bayramov.
2. fiz. Cismin hər hansı dəyişikliyə, təsirə əks-təsir göstərmə xassəsi, qabiliyyəti. Elektrik müqaviməti (cismin elektrikkeçirmə dərəcəsi).

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

müqavimət

qarşıdurma, əks, tə’sir
{karşı, aksi, zıt}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

müqavimət

mukavemet


Son arananlar: