turklehceleri.org

Elektrik

Türkiye Türkçesi – Tatarca Sözlük (Ganiyev, 1998)

elektrik

и. электр

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

elektrik

I. [yun.]
1. Materiyanın, yüklü hissəciklərdən: elektronlardan, pozitronlardan, protonlardan və s.-dən ibarət forması. Elektrik haqqında nəzəriyyə.
2. Xalq təsərrüfatının bütün sahələrində və məişətdə işlədilən enerji növlərindən biri. İşlər elektriklə görünür. Elektrik stansiyasının gücü.
3. Bu energiyadan hasil olan işıq. Elektrik çəkmək. Elektriki söndürmək.
4. Elektriklə işləyən, elektriklə hərəkətə gətirilən. Elektrik motoru. Elektrik peçi. Elektrik saatı. Elektrik aqreqatı. // Elektrikdən alınan, hasil edilən. Elektrik işığı. – Məşədi Əsgər o tərəfə baxıb gördü ki, bir böyük ev var, qapısının üstündə elektrik fənəri asılıbdır. S.M.Qənizadə. Otaq pis deyil idi, student otağına məxsus hər bir şey var idi: yazı masası, kürsü, əlüzyuyan, çarpayı, hətta elektrik işığı da yerində idi. Çəmənzəminli. [Qadın] sonra qolumdan tutub çəhrayı abajurlu elektrik çırağının altında qoyulmuş ağ örtüklü stola tərəf çəkdi. İ.Əfəndiyev. // Elektrik hasil edən, elektrik verən, elektrik saçan. Bayıl elektrik stansiyası. Elektrik batareyası. Elektrik dövrəsi (elektrik cərəyanı keçən yol). – ..Elektrik stansiyasından Ağbulağa işıqlar yayılırdı. S.Rəhimov. • Elektrik vaqonu (qatarı) – bax. elektriçka. ..Qayıdırdım. Gecə saat on birdə elektrik vaqonuna oturdum. S.Hüseyn. Stansiyadan hələ on-on beş addım ayrılmamışdılar ki, elektrik qatarı yola düşüb getdi. M.Rzaquluzadə. ‣ Elektrik stulu – ABŞ-da ölüm cəzası aləti. “Ağ ev”in icadıdır elektrik stulu; Oturub o stulda yandırdılar Makgini. S.Rüstəm.

II. [fr. əsli yun.]
1. bax. elektrotexnik.
2. Elektrotexnika sahəsində, elektrik sənayesində işləyən, elektriki tədqiq edən şəxs.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

elektrik

elektrik

Özbekçe—İngilizce Sözlük (Dirks, 2005)

elektrik

(Russian) electric(al).

(Russian) electrician.

Türkmencenin Açıklamalı Sözlüğü (Kyýasowa, 2016)

elektrik

[elektiri:k], at.Tehnikada peýdalanylýan energiýanyň görnüşi, şol energiýadan alynýan yşyk.
 ‣Elektrik togy maddanyň bölekleriniň (elektronlaryň, pozitronlaryň we protonlaryň) hereketleri esasynda alynýan yşyk.


Son arananlar: