əmi
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
əmi
is.
1. Atanın qardaşı. Çünki Fərəc xan Bağır xanın əmisi oğlu və damadıdır, heç bir əmrdə onun rəyinə müxalifət etməz. M.F.Axundzadə. ..Əmiləri dövləti bir ilin içində dağıtdılar, axırda bir barmaqhesabı göstərdilər. C.Məmmədquluzadə.
2. Yaşlı, yaxın adama müraciət kimi işlədilən söz. Əmi, saat neçədir? – [Sona:] Əmi, bizim bu Qadir yaman qorxur. Ə.Əbülhəsən. // Hörmət üçün özündən yaşlı kişinin adına qoşulur. İki saat yol gedib Qasım əmi yetişdi Təzəkəndə... C.Məmmədquluzadə.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
əmi
amca, dayı