Buruq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
buruq
I. sif.
1. Burulmuş. Buruq ip. Buruq sap. • Buruq düşmək – dolaşmaq, dolaşıq düşmək. Buruq salmaq – dolaşdırmaq. // Eşilmiş. Buruq bığ.
2. Burma-burma olan. Qoçun buynuzları buruq olur. // Qıvrım. Buruq saç.
3. k.t. Axtalanmış xayası çıxarılmış. Buruq at. Buruq qoyun. Buruq keçi. buruq-buruq bax buruq1 2-ci mənada. Buruq-buruq saç. – Araba buruq-buruq toz qaldırır. Ə.Əbülhəsən.
II. is. Neft, yaxud mədən suları çıxarmaq üçün xüsusi üsullarla qazılan quyu; neft quyusu. [Əhməd:] Hanı sənin də buruqların? Zavodların, beşmərtəbə evlərin? Ə.Haqverdiyev. • Buruq ustası – burma üsulu ilə neft quyusu qazıma mütəxəssisi olan fəhlə. Kəşfiyyat buruğu – bir yerdə neft, qaz, yaxud mədən suları olub-olmadığını müəyyən etmək və ya başqa məqsədlər üçün burma üsulu ilə qazılan quyu. // Həmin quyunun üstündə düzəldilən qurğu; qüllə, vışka. Şəfiqə .. uzaqdan neft buruqlarını görüncə sevinərək Məsuda göstərir. H.Cavid. Gün uzaqlarda meşə kimi görünən buruqların arasında gizlənə-gizlənə aşağı enirdi. S.Rəhman. Gecə ay nur səpərkən buruqlar meşəsinə; Qulaq verdi ney çalan küləklərin səsinə. Ə.Cəmil.
III. is. Boruda axan mayenin, qazın və s.-nin yolunu açıb bağlamaq üçün qurğu; kran. Bu zaman Gülpərinin balağı samovarın buruğuna ilişib buruğu [açır]. H.Sarabski.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
buruq
I. qurgu, kran
{cihaz, musluk}
II. quyu (neft)
{kuyu (petrol)}
III. qıvrım
{kıvrım}
IV. axtalı
{çürük}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
buruq
büklüm
Uzbek—English Dictionary (Dirks, 2005)
buruq
ich ~i dysentery; slippery person.