turklehceleri.org

əks-səda

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

əks-səda

is. [ər.]
1. Qayalara, bina tağlarına və s.-yə toxunandan sonra təkrar qayıdan və eşidilən səs. Musiqinin əkssədası. Uğultunun əks-sədası. – Dağa dersəm, eşidir, sonra verir əks-səda; Daşa dönmüşlərə əks eyləmədi fəryadım. M.Hadi. Fəqət qamışlıqdan gələn əks-sədadan başqa bir səs eşitmədi. H.Nəzərli. [At] nə isə görüb bərkdən kişnəyir. Lakin bu kişnəmə heç bir əks-səda vermir. R.Rza. // məc. Səs, əks. Hadisələrin əks-sədası. – “Nicati-İran” qəzeti .. işlərinizin əks-sədasıdır. M.İbrahimov. “Sevil” tamaşasının rayonlarda əkssədası daha gurultulu oldu. S.Rəhman.
2. məc. Təsir. Nədənsə bu vahiməli səsin uzaq əks-sədası beynimdən keçib məni üşütdü. R.Rza.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

əks-səda

tə’sir
{tesir}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

əks-səda

yankı


Last searches: