dilara
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
dilara
sif. [fars.] şair. Ürəkaçan, könülaçan, dilbər; sevgili (klassik şeirdə gözəlin epitetlərindən biri). Dəhanı gülşəkər, zülfü dilara. Ə.Nəbati. Leyk hanı səndə bəsirət gözü; Ta görəsən vəchi-dilarasını? M.Ə.Sabir. Rüxsari-dilarasına bax, şeir elə inşad; Qoy xəlq oxusun, söyləsin, əhsən sənə, ustad! C.Cabbarlı.