turklehceleri.org

sitayiş

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

sitayiş

is. [fars.] Pərəstiş, tapınma; dərin ehtiram, hörmət. • Sitayiş etmək – 1) ibadət etmək, pərəstiş etmək, tapınmaq, ilahiləşdirmək. Hələ tarixi-miladidən çox-çox əvvəl atəşpərəstlik meydana çıxdığı zaman bizim qədim babalarımız bir sıra atəşgahlar qurub, oda sitayiş edərlərmiş. M.Hüseyn. Deyirlər, Hindistanda indi də öküzə sitayiş edən tayfalar var. M.Rzaquluzadə; 2) bir şəxsi və ya bir şeyi pərəstiş dərəcəsində sevmək, dərin ehtiram əlaməti olaraq qabağında səcdə etmək, pərəstiş etmək, məftun olmaq. Bax, mən səni bu saat başa salım; bax, bu evdə üç qisim kitab var, biz üç qardaş bunlara sitayiş edirik. C.Məmmədquluzadə.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

sitayiş

I. secde
{ibadet}

II. hörmət, ehtiram
{itibar, saygı}


Last searches: