Savad
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
savad
I. is. [ər.] Yazıb-oxumağı bacarma; yazı-pozu. [Mozalanbəy:] Axı rusca savadım yoxdur. Ə.Haqverdiyev. Şagirdlərin savadı müxtəlif idi. Aramızda əsla savadı olmayanlar da var idi. T.Ş.Simurq. • Savad almaq – yazıb-oxumağı öyrənmək. Savad vermək – yazıb-oxumağı öyrətmək. [Bəhlul:] [Nənəmin] sol əli anadangəlmə şikəst olduğu üçün atası, “bədbəxt qızın” halına acıyıb ona savad vermişdi. B.Bayramov.
II. is. [ər.] xüs. Gümüşdən qayrılan şeylərin üzərinə salınan qara rəngli naxış.