turklehceleri.org

hələ

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

hələ

zərf
1. İnkar cümlələrində gözlənilən bir işin vaxtında baş vermədiyini, gecikmiş olduğunu bildirir – hələ də. Camaat hələ yığılmayıb. Məktub hələ mənə çatmayıb. Soyuqlar hələ düşməyib. – Uzaqdan görünən meşəli silsilə dağların başı sübh dumanından hələ təmizlənməmişdi. Q.İlkin. Qızlar təpənin quzeyində hələ günəşdən yanmamış göy otluqda bir müddət sakitcə əyləşdilər. İ.Hüseynov. // İndiyədək, hələ də, hələ ki. Halbuki boş otaqlarda haradansa gətirilmiş, hələ qaydası ilə qoyulub yerbəyer edilməmiş şkaflardan, stollardan, lülələnmiş kağızlardan başqa bir şey yox idi. Mir Cəlal. Alaqaranlıqda hələ yer ilə göy bir-birindən seçilmir, .. bildirçinlər, turaclar səs-səsə verib doğacaq günəşi pişvaz edirdi. M.Rzaquluzadə. // Vaxt, yer bildirdikdə – artıq, daha. Hələ uşaqkən təbiəti sevmişəm. Hələ bu gün onu görmüşəm. Hələ məktəbdə oxuyarkən biz dostlaşmışdıq. – [Maya] hələ ömründə çobanların yaşadığı alaçıqda olmamışdı. M.İbrahimov.
2. Bir də, əlavə, üstəlik. Hələ bir məsələ də qalmışdır. Hələ iddiası da var! Hələ xəstəyə də baş çəkməliyəm. Hələ bazara da gedəcəyəm. – Hələ daş yol da təmir edilməli idi. Ə.Əbülhəsən. // Bu vaxta qədər, indiyədək, hələ ki. Mən hələ bilmirəm ki, onun fikri nədir? Gözü hələ yuxuya getməyib. Hələ ay çıxmayıb. – Divar peçləri hələ təzəcə qalanırdı. S.Rəhimov. Əşrəf həyatında hələ heç bir qəhrəmanlıq eləməmişdi. S.Rəhman. // Hələlik, indi. Sən hələ uşaqsan, başa düşməzsən. O bu işdə hələ naşıdır. Kollektivlə hələ tanış deyil. Hələ yeni məlumat yoxdur. – Oğlan, sən uşaqsan, cavansan hələ; Yenicə cisminə düşüb vəlvələ. M.P.Vaqif. Kəhər hələ kifayət qədər qurumamış yumşaq otu böyründən söküb yeyirdi. M.İbrahimov. // Bir şeyin qurtarmadığını, davamı, dalı, sonrası olacağını bildirir. İşlər hələ qurtarmayıb. Səninlə hələ sonra danışacağıq. Hələ söhbətimizin dalı qalıb. – [Mərcan bəy:] Saat ikidir, hələ dörd saat var. Ü.Hacıbəyov.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

hələ

müvəqqəti
{muvakkati}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

hələ

hâlâ, hele, henüz


Last searches: