tərlik
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
tərlik
is.
1. Yəhər altından atın belinə qoyulan keçə parçası. Cəmil tərliyi Qaşqanın üstünə atıb onu həyətdən çıxardı. Q.İlkin.
2. Keçmişdə yaşlı kişilərin papaq altından qoyduqları nazik parçadan tikilmiş baş geyimi. Sətin tərlik. – Molla əmmaməsini yenə minbərin üst pilləsinə qoymuş, başında tərlik, yerə oturmuşdu. P.Makulu.
3. İç tərəfdən ayaqqabının altına yapışdırılan nazik dəri, parça, karton və s. Tuflinin tərliyi.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
tərlik
terlik