gəşt
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
gəşt
is. [fars.] Gəzmə, dolanma, seyr, səyahət. • Gəşt etmək (eləmək, qılmaq) – gəzmək, seyr etmək, dolaşmaq. Durdular iki qardaş, atları yəhərləyib dedilər: – Gedək bir qədər gəşt eyləyək, tainki bəlkə bir fikrimiz dağıla. (Nağıl). Əcəl gəşt eyləyib göydən enəndə; Heyif, cavanları salı kəməndə.. Aşıq Ələsgər. Gəştə çıxmaq – bax. gəşt etmək. Bir üzü gül, rəngi lalə, zülfü tər; Gəştə çıxıb dərər tazə bənövşə. M.P.Vaqif. Yeddi gündür xanım çıxıbdır gəştə; Qapılar gəzməkdən macal da yoxdur. Aşıq Hüseyn.