gizir
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
gizir
I. is. köhn.
1. Aşağı rütbəli inzibati işçi. [Giziroğlu Mustafa bəyin] atası keçmişdə gizir olmuşdu. “Koroğlu”. Vəkildən sonra qlavanın giziri Cəlil bəy çıxdı, bu da çəkil-çəkil deyib, tatarını oyza tovladı, buyza tovladı, özü də çəkilib durdu bir səmtdə. C.Məmmədquluzadə.
2. Köməkçi, əlaltı. Koxanın şahidi gizir olar. (Məsəl).
II. is. Aşıq-aşıq oyununda aşığın toxan tərəfinə əks olan tərəfə verilən ad. Aşıq toxan durdu, ya gizir?