gəmirmək
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
gəmirmək
f.
1. Bərk bir şeyi dişlərilə dişləmək, bərk sıxıb parçalamaq, çeynəmək; didişdirmək. İtin peşəsi sümük gəmirmək olar. Əlini gəmirmək. – Həsi çalışıb Hatəmxanın sağ əlinin baş barmağını iti dişləri arasına keçirtdi, bütün qüvvəti ilə elə gəmirdi ki, Hatəmxanın qolu keyiyib dondu.. S.Rəhimov. [İt] əsla tələsmədən əti götürdü və bir-iki addım kənara çəkilib ədəblə gəmirdi.. M.Rzaquluzadə.
2. Çeynəmək, yemək, qırıb tökmək. Siçan ipləri gəmirib. – [Novruzəli:] ..Qoy ulağın qıçını bağlayım, yoxsa gedər ağacları gəmirər. C.Məmmədquluzadə. // Məc. mənada. Az qalır sahili gəmirsin dəniz; Tufan içindədir bu gün ölkəmiz. S.Vurğun. Dənizdə tufan qalxır, Xəzərin ağ köpüklü çılğın dalğaları sahili gəmirirdi. M.Hüseyn.
3. Bir sıra isimlərlə yanaşı gələrək mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: bığını gəmirmək, içini gəmirmək, ürəyini gəmirmək.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
gəmirmək
yemək
{yemek}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
gəmirmək
kemirmek