turklehceleri.org

tunc

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

tunc

is.
1. Qalay, qurğuşun və s. metallarla qarışıq mis ərintisi. Oymaqlar əksəriyyətlə çuqundan, poladdan və tuncdan hazırlanır. • Tunc rəngi – qızılı-qəhvəyi rəng. İkindi günəşinin altında sular tunc rənginə çalırdı. Mir Cəlal. Dağ günəşi tunc rəngə; Boyamışdı gözəli. N.Rəfibəyli. // Tuncdan qayrılmış, tuncdan tökülmüş. Tunc dəstək. – Yaşıl məhəccərli dördkünc bağçada ..Nizaminin tunc heykəli qoyulmuşdu. M.Hüseyn. 2 məc. Sarsılmaz, möhkəm, bərk, qüvvətli mənasında. Qüdrətimiz bəllidir hər yerdə, hər bucaqda; Sarsılmaz qurduğumuz dostluğun tunc qalası. S.Rüstəm. Sən yüksəldikcə bir səs deyir: – Min illər yaşa; Üfüqlərə toxunsun tunc biləkli qolların! M.Müşfiq. ‣ Tunc dövrü arxeol. – tunc (metal) işləndiyi ən qədim dövr (bu dövrdə hələ dəmir məlum deyildi və müxtəlif şeylər qayırmaq üçün əsas metal tunc idi).

Pamukkale Azerbaijani to Turkish (ADT version)

tunc

bronz, tunç


Last searches: