bahəm
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
bahəm
zərf [fars.] köhn. Bir yerdə, birgə, birlikdə, bərabər. Tut ağacının dibində .. samovarı qoydurdum və qonağımız ilə bahəm başladıq çay içməyə. C.Məmmədquluzadə. Aslan çox çalışqan olduğu üçün, hər gün öz ruzisini qazanıb, külfəti ilə bahəm bəxtiyar yaşayırdı. C.Cabbarlı.