Xana
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
xana
is.
1. Xırda dördbucaqlara bölünmüş bir şeyin qisimlərindən hər biri; dama, kvadrat, göz, bölgü. Şahmat taxtasının xanaları. – [Davud] dəftər qoyub cızıqladı, xanalar ayırdı: “Sıra, nömrə, familiyası, aldığı şey, neçə dənə, imza”. Mir Cəlal.
2. bax. hana1. Qadınlardan kimisi yun darayır, ip əyirir, kimisi xana qurub kilim toxuyurdu. A.Şaiq. ..[Xeyrənisə] istirahət və yuxusunu özünə haram edib lampa işığında yun darayır, ip əyirir, xana toxuyurdu. S.Hüseyn.
3. Başqa isimlərə qoşularaq mürəkkəb isimlər əmələ gətirir; məs.: kitabxana, qiraətxana, hamamxana, camaşırxana, duşxana və s.
Uyghur—Turkish Dictionary (Kurban, 2016)
xana
f. Hane, ev, oda. Dersxana – Dershane. Konsulxana – Konsolosluk.