turklehceleri.org

Məclis

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

məclis

is. [ər.]
1. Bir məsələ haqqında danışmaq üçün düzəldilən yığıncaq, toplaşmış adamlar heyəti; toplanış, iclas. ..Çünki bu bir məclisi-xasdır, ona binaən mənim tərəfimdən icazət olunur ki, oturasınız. M.F.Axundzadə. Hərzə nə şura və nə məclis bilir; Nə düşünür yaxşı, nə bir pis bilir. M.Ə.Sabir. Qüdrət danışdıqca məclisin sükutu daha da ağırlaşırdı.. M.Hüseyn. // Həmin toplanışın düzəldiyi yer.
2. Toy, şənlik, yas və s. bu kimi yerlərdə toplanan yığıncaq. Toy məclisi. Şənlik məclisi. Təziyə məclisi. – Oxunur məclisdə xoş kəlimatı; Ox kimi bağrını dələr, ağlarsan. M.V.Vidadi. ..Qızlar, gəlinlər də yığışıb gəlmiş, .. gözəl bir məclis düzəlmişdi. M.Rzaquluzadə.
3. Türkiyədə və İranda qanunverici orqanın, parlamentin adı. ..Tehranda məclisi topa tutublar. C.Məmmədquluzadə. • Məclisimüəssisan, yaxud müəssislər məclisi – burjua dövlətlərində: əsas qanun (konstitusiya) hazırlamaq üçün yaradılan müvəqqəti nümayəndəli orqan. Məclisi-müəssisan seçkilərində xalq siyasi firqələr ətrafında toplaş(dı).. S.Hüseyn. ..Milli konqres özünü məclisimüəssisan elan etdi. M.İbrahimov.
4. Teatr tamaşalarının ayrı-ayrı hissəsi; pərdə, şəkil. Birinci məclis Rüstəm bəyin evində vaqe olur. Ü.Hacıbəyov. İkinci məclis vaqe olur bir balaca otaqda. N.Vəzirov.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

məclis

iclas, yığıncaq, parlament
{kurul, topluluk, parlamento}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

məclis

meclis


Last searches: