turklehceleri.org

üstüstə

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

üst-üstə

zərf
1. Bir-birinin üstünə, qalaq-qalaq. Rəflərdə pas atmış mis qablar üstüstə yığılmışdı. Çəmənzəminli. Ana sacı külləyib ocaq qalayır, kətə bişirib içinə təzə yağ qoyur, isti qalması üçün üst-üstə yığır, süfrə ilə bərk-bərk basdırırdı. Ə.Vəliyev.
2. Birlikdə götürüldükdə, hamısı bir yerdə, birlikdə. Üst-üstə hamısını bir kisəyə yığmaq.
3. Əl dəymədən, olduğu kimi, əvvəlki kimi, necə var elə. [Mahmud:] İndi-indi işə başlamışam, üst-üstə qoyub qaçım ki, nə var külfətimə yaxın olmaq istəyirəm. Y.Əzimzadə.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

üst-üstə

toplu, koma, qalaq
{toplu, koma, kalak}


Axir izdelgen sözler: