turklehceleri.org

dəğdəğə

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

dəğdəğə

is. [ər.] klas.
1. Bihudə təlaş və iztirab, qorxu, həyəcan; gurultu-patırtı. Fariq eylə məni bu dəğdəğeyi-dünyadən. S.Ə.Şirvani.
2. Dərd, başağrısı, qayğı, əndişə, fikir. Hərgah doğrusunu bilmək istəyirsən, ərz edim: – Başımın ən bala mərtəbəsində bu hində un və buğda fikridir. ...Ondan da aşağıda odun və kömür dəğdəğəsidir. F.Köçərli.
3. Yoldan çıxaran, başdan çıxaran şey, azdırıcı şey. Heyfa ki, bizim bu vəsvəseyişeytan və dəğdəğeyi-insan ilə malamal olan zamanımızda belə dostların vücudu kimyaya dönübdür. F.Köçərli. • Dəğdəğə vermək – yoldan çıxarmaq, azdırmaq, başdan çıxarmaq. Sən deyildinmi, mənə dəğdəğə verən və mənə deyən ki, apar bu kağızı, uyezd naçalniki Vinokurova ver? Ə.Haqverdiyev. [Xanpəri:] Birdən şeytan mənə dəğdəğə verir ki, dur get, o Gülşəndir, nədir, tut onun başını yol. Ə.Vəliyev.


Axir izdelgen sözler: