öləzimək
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
öləzimək
f. məh. Alovu sönməyə, közərməyə başlamaq; işarmaq, közərmək. Karvansaranın bir tərəfində qalanmış ocaq gah yanır, gah öləziyirdi. Ə.Vəliyev. // Zəifləmək, azalmaq (işıq haqqında). Mənzilə ölgün bir işıq süzülür, yavaş-yavaş öləziyirdi. Ə.Vəliyev. Get-gedə ocaq öləziyir, sazaq güclənir, ara vermiş qar indi qum kimi ələnirdi. B.Bayramov.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
öləzimək
sönmək, qaralmaq
{sönmek, kararmak}