zəhlə
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
zəhlə
zəhləsini aparmaq (tökmək) – təngə gətirmək, bezikdirmək, usandırmaq. Mərdlərə can sadağa; Zəhləmi bədzat aparar. Aşıq Ələsgər. Balaca uşaqların səsiküyü adamın zəhləsini aparır. C.Məmmədquluzadə. [Zeynəb] ədəbiyyat müəlliminin lap zəhləsini tökmüşdü. Qantəmir. Zəhləsi qaçmaq (getmək) – görməyə gözü olmamaq, acığı gəlmək, sevməmək, nifrət etmək. ...Şahın münəccimbaşıdan zəhləsi getmişdi. M.F.Axundzadə. Bir müsəlman övrətindən zəhləsi qaçanda, gecə-gündüz səy eləyir ki, övrət ölsün, yəni vəfat etsin. C.Məmmədquluzadə. [Məşədi İbad:] Hərgah [papağı] bu cürə qoysam, onda qızın məndən zəhləsi gedər. Ü.Hacıbəyov. [Məhbusi Kərimxana:] Oğru kimi gizli və işsiz yaşamaqdan zəhləm gedir. M.İbrahimov.