yaşılbaş
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
yaşılbaş
is.
1. Ördəyin erkəyi. Tərlan görüb yaşılbaşı; Sağın, qaynaq çala, Maral! Aşıq Ələsgər. Yaşılbaşlar qanad çırpar suyuna; Gah durular, gah da dönüb bulanar. S.Vurğun.
2. Şeirdə adətən gözəl mənasında işlənir. • Yaşılbaş sona – aşıq poeziyasında gözəlin epitetlərindən biri. Ürkütdü alıcı tərlan; Yaşılbaş sona yeridi. Aşıq Ələsgər. Sallanıban kəklik kimi səkəndə; Dönər bir yaşılbaş sonaya Telli. Aşıq Əbdi.