təftiş
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
təftiş
is. [ər.]
1. İşlərin düzgünlüyünü və qanuni olub-olmadığını yoxlamaq məqsədilə hər hansı idarə və ya vəzifəli şəxsin fəaliyyətinin təhqiq edilməsi, yoxlanması. Bürcəliyev açılmış qapıdan təftiş heyəti işləyən otağı dinlədi. S.Rəhimov. [Yusif Həsrətə:] Təftiş komisyonunun sədri fağırın biridir. B.Bayramov. • Təftiş etmək – yoxlamaq, yoxlama aparmaq, təhqiqat aparmaq. [Qarovul] ..diqqətli bir surətdə malların hamısını təftiş etməyə başladı. B.Talıblı. [Hümmət aqronoma:] Bura köməyə gəlmisiniz, ya təftiş eləməyə? B.Bayramov.
2. Hər hansı dünyagörüşünün və ya nəzəriyyənin əsasını sarsıtmaq və ya təhrif etmək məqsədilə onun müddəalarını nəzərdən keçirmə.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
təftiş
yoxlama, araşdırma, nəzarət, baxma, müayinə
{yoklama, araştırma, nezaret, kontrol, muayene}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
təftiş
teftiş