yarımaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
yarımaq
f.
1. Lazım olmaq, gərək olmaq, faydalı olmaq, fayda vermək. Heç şeyə yarıyan deyil. – Vaqifəm, yarıdım dosta, düşmənə; Ta ki cünun oldum, yetişdim sənə. M.P.Vaqif.
2. Təmin olmaq, məmnun olmaq, arzusuna çatmaq. Qəm evində zar olalı; Eşqə giriftar olalı; Yarımadıq yar olalı; Nə mən səndən, nə sən məndən. Q.Zakir. [Fatma xanım:] Yarıdıq, yaza çıxdıq, bəxtəvər başımıza. N.Vəzirov. [Atası:] Bəlkə çörəkdən, paltardan yarımırsan? Çəmənzəminli.