xılt
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
xılt
is.
1. Hər hansı məhlulun, mayenin qabın dibinə çökən və ya ondan ayrılan lazımsız hissəsi. Yağın xıltı. Sirkənin xıltı. – Avtomobil 300 km yol getdikdən sonra süzgəcdə olan xıltı boşaltmaq və gövdəni yumaq lazımdır. Ə.Əliyev.
2. məc. Olub keçmiş bir hadisədən, işdən sonra insanda iz buraxan xoşagəlməz, ağır hiss, təəssürat. Dincəlmək, nə isə daxilində daş kimi yatan, xılt kimi çöküb qalan anlaşılmaz və dumanlı təəssüratı unutmaq üçün [Firidun] tək-tənha küçələri dolanmağa başladı. M.İbrahimov.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
xılt
çöküntü, torta
{çöküntü, tortu}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
xılt
telve