inciklik
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
inciklik
is. İncimə, küsü, aradəymə, küsüşmə, narazılıq. [Dəlilər] yedilər, içdilər, keflər kökəldi, damağlar cağ oldu, inciklik yaddan çıxdı. “Koroğlu”. Mirzə Süleyman atasını çox sevirdi və sağ olan vaxtında nə qədər inciklik vardısa, indi hamısını əfv edərdi.. B.Talıblı. Səttarzadə ailədə söz-sov, ovqattəlxlik görmüşdü, hətta bərk inciklik də xatırlayırdı. Mir Cəlal. • Araya inciklik salmaq – bir-birindən incitmək, küsüşdürmək, narazılıq salmaq. [Hacı Murad:] Onlar istəyir ki, ata-oğul arasına inciklik salıb nəfbərdar olsunlar. S.S.Axundov. İnciklik düşmək, araya inciklik düşmək – bir-birindən incimək, narazılıq düşmək. [Salman:] Yoxsa neçə ilin ayrılığından sonra istəyirsən, aramıza inciklik düşsün? Ə.Haqverdiyev. // İnciməyə səbəb olan hal, iş. [Vəzir:] Bu gün mənə hər tərəfdən inciklik üz verir. M.F.Axundzadə.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
inciklik
küsü, umu-küsü, narazılıq
{küslük, kırılmışlık, rızasızlık}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
inciklik
kirginlik