xatəm
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
xatəm
I. is. [ər.] klas.
1. Üzük. Barmağında xatəm, guşində tənə; Gireh-gireh zülfün tökə gərdənə. M.P.Vaqif. Barmağında xatəm, belində kəmər; Telində güşvarə, düymə tamam zər. Q.Zakir.
II. is. [ər.] Sonuncu, axırıncı, ən sonuncu. ‣ Adəmdən xatəmə – dünyanın əmələ gəlməsindən bu günə kimi; heç vaxt, heç zaman. Adəmdən xatəmə görünməmişdi ki, bəy qızı əsnafa verilsin. Çəmənzəminli. [Molla:] Adəmdən xatəmə görünməyib ki, bir nəfər rəiyyət oğlu bir xanzadənin üzünə ağ olsun. P.Makulu.