Qədəm
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
qədəm
is. [ər.]
1. Addım. Vəsiqəli adamlara hər qədəmdə təsadüf etmək mümkün idi. M.S.Ordubadi. Atlar başladılar qədəm ilə getməyə. Ə.Haqverdiyev. // Saylarla bərabər məsafə bildirir. Uzaqda bir alaçıq görünür, alaçıqdan on qədəm kənar, kolun dalısında Sona xanım .. o yan-bu yana baxır. M.F.Axundzadə. [Güldəstə:] ..Zinyət xanım bu dörd divarın arasında qalıb, ikicə qədəm kənara çıxmayıb. N.Vəzirov.
2. Ayaq. Nə xoş olardı o saat ki, bəxt üzündən mən; Qədəmlərində ölüb yarımın, verəydim can. Heyran xanım. Bir iş görmək xəyalın varsa, qədəmlərini tanıdığın yerlərə qoy. M.S.Ordubadi. [Əbdüləli bəy:] O gözəl qədəmlərə baxmaq böyük səadətdir. C.Cabbarlı. • Qədəm basmaq (qoymaq) – 1) ayaq basmaq, daxil olmaq. Dün naz ilə qədəm basanda bağa; Şimşadü sənubər düşdü ayağa. Q.Zakir. Qədəm qoyub yar yanına gələndə; Elə gəl, elə get, yol inciməsin. Aşıq Abbas; 2) məc. başlamaq, şüru etmək, iqdam etmək. İctimai işlərə yenicə qədəm qoymuş bu qadınlar dəstəsinin başında duran .. qoca bir qadın idi. S.S.Axundov. Əhməd həmişəki kimi burada da öz sevdiyi şüarını təkrar edib, icrasına qədəm qoydu. B.Talıblı. ‣ Qədəmi yüngül (xoş) – bax. ayağı yüngül (“ayaq”da). [Mirzə Salman:] Bənövşə, yenə də qabağa düşüb yol göstər. Nişanlı qızın qədəmləri yüngüldür. S.Rəhman. Yağ, a qar, yağ, qədəmin xoşdur, yağ! Döyünən qəlbimizi coşdur, yağ! S.Rüstəm. Qədəmin mübarək (olsun)! – gələn adamı təbrik üçün işlənir – xoş gəlmisən! [Ağca xanım:] Elə həmişə sən gələsən, qədəmin mübarək olsun! H.Sarabski. qədəm-qədəm zərf Addım-addım. Gəzəcəkdir qəddəm-qədəm bağımı; Görəcəkdir üzümlü çardağımı. A.Səhhət.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
qədəm
I. addım
{adım}
II. ayaq
{ayak}
Axir izdelgen sözler:
- ushatmaq,
- zəhr,
- kançalık,
- qushboz,
- əfsər,
- düñgür,
- nashriyot,
- ağzıboşluq,
- kino,
- meymankana,
- yére,
- meñe,
- tetrahedron,
- toskool,
- kuyañ,
- bağınışlı,
- ötükünç,
- ətənə,
- otsöndürgiç,
- counterbalance,
- karatmak,
- Qədəm