turklehceleri.org

təslim

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

təslim

is. [ər.]
1. Bir şeyi lazımi yerinə və ya şəxsə vermə, tapşırma. • Təslim etmək – lazımi yerinə və ya şəxsə vermək. [Zeynalın] əlindəki kitabları tərcümə edib təslim etməyincə yeni kitab götürməyə də imkanı yoxdu. S.Hüseyn. [İnsan] axırda bütün ömrü boyu qazandıqlarını təslim etməli, qoyub getməli olur. Mir Cəlal.
2. Müharibədə, mübarizədə öz məğlubiyyətini etiraf edərək müqaviməti dayandırma. • Təslim olmaq – müqavimətdən ümidini kəsərək hərbi əməliyyatı dayandırmaq, düşmənin irəli sürdüyü şərtlər əsasında ona tabe olmaq, silahı yerə qoymaq. Düşmən ordusu təslim oldu. Qaçaqlar təslim oldular. – Lakin Qara Məlik təslim olmadı. M.S.Ordubadi. Yolunu kəssə də ölüm anbaan; Təslim olmayacaq bizim qəhrəman. M.Rahim; // mübahisədə, yarışda, güləşdə və s.-də müqavimətini dayandırmaq.
3. Güzəştə getmək, razı olmaq, öz dediyində, tələbində daha israr etməmək. Əvvəlcə deyilənlərə razı olmadı, sonra təslim oldu. – Fazilov jurnalı pəncərəyə qoyub əllərini göyə qaldırdı: – Almaz xanım, mən təslim! Mir Cəlal.
4. məc. Tabe olma, ram olma. • Təslim olmaq – 1) tabe olmaq, ram olmaq. Təslim olmuş dalğalar; Polad adacıqların; Ayağını yaladı. İ.Səfərli; 2) Çətinliklər qarşısında geri çəkilmək, tamahını saxlaya bilməmək. Qəhrəman bir an da olsun çətinlik və maneələr qarşısında təslim olmamalıdır. ‣ Canını (ruhunu) təslim etmək – bax. can.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

təslim

təhvil
{devretme}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

təslim

teslim


Axir izdelgen sözler: