bildirmək
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
bildirmək
f.
1. Məlum etmək, xəbər vermək, elan etmək, xəbərdar etmək. – Şerim, bu hikməti aləmə bildir; Xəyal ölənləri bəzən dirildir. M.Rahim.
2. Anlatmaq, açıb söyləmək, başa salmaq, hiss etdirmək. Fikrini bildirmək. Adını bildirmək. O, ürəyini heç kəsə bildirən deyil. – Kərim bəy bacının qardaş haqqındakı sözündən kövrəlsə də, bildirmədi. Mir Cəlal.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
bildirmək
I. çatdırmaq
{yetiştirmek}
II. anlatmaq, öyrətmək
{anlatmak, öğretmek}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
bildirmək
arz etmek, belirtmek, sunmak