qonuşmaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
qonuşmaq
f. Danışmaq, söhbət etmək. İndi mən gənc şairlə lazımi qədər danışıb qonuşa bilərəm. M.S.Ordubadi. [Zeynalın] fikrində vardı ki, əvvəlcə bu ayrılmaq məsələsini, soyuqqanlılıqla bir yerdə ikili qonuşub, .. öz aralarında həll etsinlər. S.Hüseyn. Gəl yanıma, sənin ilə qonuşaq; Könlümüzün istəyəni danışaq. H.K.Sanılı.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
qonuşmaq
danışmaq
{konuşmak}